XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2017 - 11:09

Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb –İclasın gündəliyi

naxcivan-ali

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası çağırılıb.

Ali Məclisin qərarı ilə dördüncü sessiya  2017-ci il yanvar ayının 7-də Naxçıvan şəhərində keçiriləcək. 

Sessiyanın müzakirəsinə 2016-cı ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin təsdiq edilməsi, “İnsan orqan və ya toxumalarının transplantasiyası” haqqında Naxçıvan Muxtar Respublikası qanununun qəbul edilməsi, Naxçıvan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı daxil edilib. 

APA