"Suriyanı ilk olaraq "Admiral Kuznetsov” təyyarədaşıyan gəmisi tərk edəcək".
Bunu jurnalistlərə açıqlamasında Rusiyanın Baş Qərargah rəisi general Valeri Gerasimov söyləyib.
O, Müdafiə Nazirliyinin Suriyadakı rus ordularının sayının azaldılmasına başladığını bildirib(Axar.az).
Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Suriyadakı Rusiya hərbi dəstələrinin sayının azaldılması haqqında əmr verib.