XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2017 - 14:00

Bakıda bu yollar bağlanacaq –SİYAHI

cobanzade_yol_090416_04

Bakının bəzi küçələrində təmirlə bağlı nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Strateq.az-a "Azəravtoyol" ASC-dən məlumat verilib

Məhdudiyyət bu gündən etibarən şənbə və bazar günləri də daxil olmaqla tətbiq olunacaq.

Məlumatda görə, təmir işləri aparılan yollar aşağıdakılardır:

– Neftçilər prospekti – Nobel prospekti ilə kəsişmə;

– Cəfər Xəndan küçəsi – Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arası;

– Nəcəf Nərimanov küçəsi.

Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissədə bu gün günorta saatlarından etibarən dəmir yolu relslərin sökülməsi işlərinə başlanılacaq. İşlərin yaxın 2 gün ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Relslər hissə-hissə söküldüyündən avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Bu müddət ərzində prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək:

"Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən hissəsində də hazırda təmir işləri aparılır. Bu hissədə yeni su xətləri çəkilir və hazır hissələrin asfaltlanması işləri görülür. Təmir növbəti iş həftəsinə qədər davam etdiriləcək. Bu müddət ərzində küçənin sözügedən hissəsində də hərəkət qismən məhdudlaşdırılacaq.

Təmir işlərinin aparıldığı daha bir küçə Nərimanov rayonu Nəcəf Nərimanov küçəsidir. Burda da küçənin asfalt-beton örtüyünün yenilənməsi işləri aparılır. Bu üzdən hərəkətin qismən məhdudlaşdırılması tətbiq olunur.

"Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələrdə aparılan təmir işləri nəzərə alınaraq, həmçinin avtonəqliyyat sıxlığının yaranmaması üçün imkan daxilində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər".