Meksika ABŞ-la sərhəddə hörüləcək divarın pulunu geri ödəyəcək.
Bu açıqlama ilə ABŞ-ın 45-ci prezidenti Donald Tramp çıxış edib:
"Mühacir axınının qarşısını almaq üçün Meksika ilə sərhəddə hörülməsi planlaşdırılan 1120 kilometrlik nəhəng divara xərclənəcək vəsait vergilərdən qarşılanacaq, ancaq daha sonra Meksika hökuməti bu pulu ABŞ-a geri qaytaracaq".
Xatırladaq ki, seçkiöncəsi çıxışında Tramp hörüləcək sərhəd divarının pulunu Meksikaya ödətdirəcəyini dəfələrlə açıqlamışdı.
Axar.az