XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2017 - 03:01

“Turkish Airlines” Bakı və Gəncə istiqamətləri də daxil olmaqla 395 reysi təxirə salıb –Səbəb

hava-limani-2

"Turkish Airlines" aviaşirkəti Bakı və Gəncə istiqamətləri də daxil olmaqla İstanbuldan 7 yanvar tarixinə planlaşdırılan 395 daxili və xarici reysi təxirə salıb.

Buna Türkiyənin qərb hissəsinə yağan güclü qar və pis hava şəraiti səbəb olub.

Təxirə salınan aviareyslər "Atatürk" (İstanbulun Avropa hissəsi) və "Səbiha Gökçan" (Şəhərin Asiya hissəsi) yerinə yetirilməli idi.

İstanbuldan Bakıya "TK 338" saylı, Gəncəyə isə "TK 328" aviareyslər təxirə salınıb. Hər iki reyslə uçmalı olan təyyarələr bu gün səhər saatlarında Azərbaycanda eniş etməli idilər.

Atatürk Beynəlxalq Hava Limanı hava şəraiti ilə əlaqədar aviaəlaqə üçün tamamilə bağlanıb.  (Report)