XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 March 2015 - 12:43

Azərbaycanda evə basqın edib, qız qaçıran saxlanıldı

Gədəbəydə görünməmiş şəkildə qız qaçıran gənc saxlanılıb.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, rayonun Qurudərə kəndində yaşayan 18 yaşlı Aytəkin Aslanovanı evindən qaçıran 24 yaşlı Vüsal Məsimov nəzarətə alınıb.

Polisin təkidilə Vüsal Məsimov qaçırdığı Aytəkin Aslanovanın yerini də deyib. Qız tapılaraq tibbi ekspertizaya göndərilib. Ekspertizanın nəticəsindən sonra onun bakirəliyinin pozulub-pozulmadığı məlum olacaq.

Qeyd edək ki, Gədəbəy sakini Füzuli Aslanov Anspress-ə məlumat vermişdi ki, 18 yaşlı qızı yaşadığı Qurudərə kəndində evdən qaçırılıb.

Füzuli Aslanovun sözlərinə görə, axşam saatlarında 10 nəfər evlərinə basqın edib. Evə girən şəxslər ailənin yaşlı sakinlərini döyüb və 18 yaşlı qızı Aytəkin Aslanovanı qaçırıblar. Qonşuları onlara mane olmaq istəsələr də, buna nail ola bilməyiblər.