"Heç kimə Belarus xalqını alçaltmağa imkan vermərəm".
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko paytaxt Minskdəki kafedral kilsəni ziyarət edərkən bildirib.
"Bizim addımlarımızın əsas düstüurunu anlamalısınız: heç kimə Belarus xalqını alçaltmağa imkan vermərəm. Bu, bizim təməl prinsipimizdir. Əgər kimsə bunu anlamırsa, o zaman biz həmin şəxslərlə nəinki münasibət qurmağı, heç ünsiyyətdə olmağı da lazım bilmirik", – deyə A. Lukaşenko bildirib. (APA)