XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Yanvar 2017 - 16:08

Rusiya şirkəti Azərbaycan gəmisiniicarəyə götürəcək

Rusiyaya məxsus "Marine Offshore Contractor" MMC "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən "Qurban Abbasov" kran gəmisini icarəyə götürmək niyyətindədir.

“Trend”in məlumatına görə, bu barədə QSC məlumat yayıb.

Məlumata görə, bu məsələ ilə bağlı danışıqlara artıq başlanılıb.

QSC nümayəndəsi Rauf Vəliyevlə söhbət zamanı qarşı tərəf bildirib ki, kran gəmisinə baxış keçiriblər və texniki göstəricilər onları qane edir.

Görüşdə həmçinin gələcəkdə ikitərəfli münasibətlərin inkişaf prespektivləri müzakirə edilib.