XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

07 Yanvar 2017 - 21:33

Müvəqqəti işlər vəkilindən İraq Hava Yollarındakı qətlləbağlı açıqlama

“İraq Hava Yolları” aviaşirkətinin bu gün Bakıda qətlə yetirilmiş əməkdaşının İraqın Azərbaycandakı səfirliyi və o cümlədən müvəqqəti işlər vəkilliyi ilə heç bir bağlılığı yoxdur.

Bu barədə İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil Avad əl-Şuveyli bəyanat yayıb. O, həmçinin qeyd edib ki, ölümlə nəticələnən hadisə iki Azərbaycan vətəndaşı arasında münaqişə zəminində baş verib. Azərbaycan hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqat aparırlar. Öldürülən şəxs İraqın Azərbaycandakı səfirliyi ilə heç bir əlaqəyə malik deyil. Onun qardaşı səfirliyin yerli əməkdaşıdır(azərtac).