XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2017 - 22:42

Gömrük Komitəsi sərhəddəki gərginliyə aydınlıq gətirdi:"Əməkdaşları təhdid ediblər"

astara-gomruk-2

Dövlət Gömük Komitəsi yanvarın 7-də bir sıra KİV-lərdə İrandan gələn və Azərbaycandan tranzit keçməklə Rusiyaya kənd təsərrüfatı məhsulları aparan yük maşınlarının Astara Gömrük idarəsinin yük terminalında saxlanılması barədə yayılan məlumata münasibət bildirib. 

Yayılan məlumatda nəqliyyat vasitələrinin əsassız saxlanıldığı və sürücülərdən qeyri-qanuni ödəmələrin tələb olunduğu bildirilib.

DGK mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, Astara Gömrük  İdarəsinin yük terminalında saxlanılan və  əksəriyyəti  Rusiya Federasiyasının Dağıstan Respublikasında qeydiyyatda olan yük nəqliyyat vasitələrinin müvəqqəti saxlanılmasına səbəb sürücülərin avtomobillərə gömrük nəzarətinin keçirilməsinə mane olmalarıdır: “Belə ki, nəqliyyat vasitələrinin sürücülərinə  Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi dəfələrlə izah olunsa da,  onlar  müxtəlif bəhanələrlə gömrük nəzarətinin keçirilməsinə mane olmağa cəhd göstərib, əks  təqdirdə isə Rusiya Federasiyasına yük daşıyan Azərbaycana məxsus nəqliyyat vasitələrinə Dağıstan Respublikası ərazisində maneə yaradacaqlarını bəyan edərək gömrük əməkdaşlarını təhdid ediblər”. 

“Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə görə müvafiq gömrük orqanı lazım bildikdə gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrində yoxlama apara bilər. Sürücülərdən qeyri-qanuni ödəmələrin tələb olunması barədə deyilənlər isə ümumiyyətlə həqiqətəuyğun deyil. Sürücülər arasında aparılan izahat işləri nəticəsində artıq problem aradan qaldırılıb və yük nəqliyyat vasitələri qanunvericiliyə uyğun olaraq gömrük nəzarətindən keçirildikdən sonra  təyinat məntəqələrinə yola salınıb”, -deyə DGK-nın məlumatında bildirilir.