XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 January 2017 - 10:33

Suriya hökuməti Hələb şəhərininbərpası planını qəbul edib

h%c9%99l%c9%99b

Suriya Nazirlər Kabineti İŞİD silahlılarından azad olunmuş Hələb şəhərinin mərhələli bərpası planını qəbul edib.

Plan kommunal xidmətlərin və sənaye müəssisələrinin fəaliyyətinin bərpası, təhlükəsizliyin möhkəmləndirilməsi, təhsil və səhiyyə müəssisələrinin işinin normal vəziyyətə qaytarılmasını nəzərdə tutur.    

Planın reallaşdırılmasına nəzarət etmək üçün İşçi Qrupu yaradılıb.

Qeyd edək ki, Hələb şəhəri dekabrın 22-də terrorçulardan tamamilə təmizlənib.  (APA)