XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2017 - 12:27

Sabah hava necə olacaq? –PROQNOZ

hava2

Yanvarın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə Bəzi yerlərdə duman, səhər çiskin olacaq.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4° isti, gündüz  7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  norma daxilində 760 mm civə sütunu, nisbi rütubət  gecə 80-90 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.