XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

08 Yanvar 2017 - 12:41

Çin Şərqi Çin dənizindəki mübahisəli adaya3 mühafizə kateri göndərib

g%c9%99mi

Çin Sahil Mühafizə Xidməti  Şərqi Çin dənizindəki mübahisəli Dyaoyuydao (Senkaku) adasının akvatoriyasına 3 mühafizə kateri göndərib.

Bu barədə bu gün Çin Dövlət Okeanologiya İdarəsi məlumat yayıb.

Bu ada Çin və Yaponiya arasında mübahisə mövzusudur. Yaponiyanın 2012-ci ildə birtərəfli qaydada adanı şəxsi sahibindən aldığını elan etməsi Çində kütləvi etiraz aksiyası və iğtişaşlara yol açıb. Çin gəmiləri zaman-zaman ada yaxınlığında peyda olur, sahilə yaxınlaşır. Çinin bu addımlarına hər dəfə Yaponiya Xarici İşlər Nazirliyi və digər qurumlar sərt reaksiya verir.    (APA)