XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

08 Yanvar 2017 - 13:07

“Reina” terrorunun Şaxta babası danışdı:"Bunları oxuyanda təəccübləndim"

reina-11

Türkiyənin İstanbul şəhərində yerləşən "Reina" gecə klubunda törədilən teraktda adı keçən Şaxta baba paltarında olan şəxs ilk dəfə açıqlama verib.

39 nəfərin öldüyü gecə klubunda müştəriləri əyləndirmək üçün gəldiyini deyən Şaxt baba – Səlcuq Ş. həmin məkanda 9 ildir çalışdığını bildirib.

Səlcuq Şaxta baba qiyafəsində olan şəxsin terrorçu olması barədə yayılan xəbərlərdən də təəccübləndiyini qeyd edib: "Bunları oxuyanda təəccübləndim. Kamera da hər şeyi çəkib. O gecə polisə gedib ifadə də verdim. İçəridə nə qədər terrorçu olduğunu deyə bilmərəm. Silahlı şəxsi də həmin gecə görmədim".

Qeyd edək ki, teraktdan dərhal sonra “Reina” hücumunu Şaxta baba qiyafəsində olan şəxsin törətdiyi barədə xəbərlər yayılsa da, qısa müddət sonra təkzib edilmişdi.  (Axar.az)