XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

08 Yanvar 2017 - 13:19

“Rustavi 2” teleşirkətinin baş direktorunuməşhur siyasətçinin oğlu döyübmüş

rustavi

"Rustavi 2" televiziya şirkətinin baş direktoru Nika Qvaramiyaya hücuma görə məsuliyyəti Gürcüstan prezidentliyinə keçmiş namizəd Rati Qaçeçiladzenin oğlu Levan Qaçeçiladze öz üzərinə götürüb.

Levan Qaçeçiladze bu haqda öz Facebook səhifəsində yazıb.

Qaçeçiladzenin sözlərinə görə, o tək hərəkət edib: "Dining Room restoranında baş verənlər Qvaramiya və başqaları tərəfindən bir neçə il ərzində ailəmin fiziki və mənəvi təhqirlərə məruz qalmasına mənim reaksiyamdır. Məndən başqa, bu hadisədə heç kim iştirak etmirdi”.

Məşhur siyasətçinin oğlu onu da əlavə edib ki, vəkili ilə birlikdə hüquq-mühafizə orqanlarına getmək niyyətindədir.

Virtualaz.org