XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2017 - 14:42

Yaponiyadan Çinə qarşı addım:Yeni təşkilat yaradılır

x%c9%99rit%c9%99

Yaponiyanın Sahil Mühafizəsi Cənub-Şərqi Asiya ölkələrinin dənizdə təhlükəsizliyini möhkəmləndirəcək yeni təşkilat yaratmaq niyyətindədir.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir:

Yeni təşkilatın əsas vəzifəsi Cənub-Çin dənizində Çinin artan ərazi iddiaları ilə bağlı region ölkələri arasında əməkdaşlığı gücləndirməkdir. Yaponiya Şərqi Çin dənizindəki Senkaku adaları ilə bağlı Tokio və Pekin arasında yaranmış ərazi mübahisəsi sahəsində təcrübəsini bu təşkilat vasitəsilə həmin ölkələrlə bölüşmək niyyətindədir. Bununla yanaşı, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və dəniz quldurları ilə mübarizə məsələləri də diqqət mərkəzində olacaq.

Təşkilatın aprel ayında fəaliyyətə başlaması və dənizdə təhlükəsizliklə bağlı simpoziumlar keçirəcəyi gözlənilir. İlkin olaraq bu tədbirlərə Tailand və Myanmadan rəsmi şəxslər dəvət olunacaq.

Yaponiya hələ əvvəllər bir sıra ölkələrlə patrul gəmilərinin təqdim edilməsi barədə razılıq əldə edib.

Pekin artıq bir neçə on ildir ki, regionun bəzi ölkələri ilə Cənub Çin dənizindəki əsas ticarət yollarının keçdiyi adaların mənsubiyyəti ilə bağlı mübahisə aparır. Burada söhbət əsasən Sişa arxipelaqından (Paraselsk adaları), Nanşa (Spratli) və Huanyan (Skarboro) adalarından gedir. Həmin mübahisəyə bu və ya digər dərəcədə Vyetnam, Bruney, Malayziya və Filippin cəlb olunublar.  (Azərtac)