XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2017 - 16:48

İran universitetlərindən birində Azərbaycan dili və ədəbiyyatı fənninintədrisinə icazə verilib

Flag one

Urmiya Universitetində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi üçün müvafiq icazə alınıb.

Bunu jurnalistlərə açıqlamasında Urmiya Universitetinin rektoru Rəhim Hubnəqi bildirib.

R.Hubnəqi deyib ki, gələn semestrdən universitetdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə 2 dərs tədris olunacaq.  Azərbaycan dili dərsində iştirak könüllü olacaq.

Qeyd edək ki, Urmiya Universitetində 16 min 826 tələbə təhsil alır.  Bu universitetdə müxtəlif sahələr üzrə 87 fənn üzrə dərslər keçirilir.  Universitetin 487-dən çox müəllim-professor heyəti var.

Xatırladaq ki, 5 ay öncə İran Təhsil və Qiymətləndirmə Təşkilatı ilk dəfə olaraq  2016-2017-ci tədris ilində universitetlərin qəbul imtahan proqramına Azərbaycan dili və ədəbiyyatı fənnini də əlavə edib. Humanitar fənlər üzrə tələbə qız və oğlanların 2016-2017-ci tədris ilində Azərbaycan dili fənni üzrə də təhsil ala biləcəkləri açıqlanıb. Azərbaycan dili və ədəbiyyatı fənni universitetlərdə bakalavr pilləsi üzrə tədris olunacaq.

İran Konstitusiyası 15 və 19-cu maddələrində ana dilində tədris məsələsini nəzərdə tutur. Lakin bu iki maddə uzun illərdir ki, icra olunmayıb. Prezident Həsən Ruhaninin rəhbərlik etdiyi hökuməti bu maddələrin icrasına başlayıb.  (APA)