XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2017 - 20:28

Türkiyə 32 terrorçunu zərərsizləşdirib –Suriyada

partlayis-2

Türkiyə Silahlı Qüvvələri sutka ərzində Suriyanın Əl-Bab, Bzaqah, Kəbir əl-Mülk və digər rayonlarında İŞİD terror qruplaşmasının 32 üzvünü zərərsizləşdirib.

Bu barədə ölkənin Baş Qərargahına istinadən "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, yaraqlıların 292 obyektinə, o cümlədən komanda məntəqələri, müdafiə istehkamları və qərargahlarına raket və artilleriya zərbələri endirilib. Eyni zamanda 23 əldəqayırma partlayıcı qurğu məhv edilib.  (Report)