XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2017 - 00:57

Rəfsəncaninin dəfn mərasimiyanvarın 10-da keçiriləcək

refsancani-cenaze

İranın yüksək rütbəli rəsmiləri mərhum eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaninin cənazəsinin saxlandığı yerə – Camaran hüseyniyyəsində gəlib.

Onun dəfn mərasimi həftənin ikinci günü baş tutacaq.

Bir sıra xarici ölkələr Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə İran hökumətinə başsağlığı veriblər.  Öz növbəsində, İranın ali dini lideri Ayətullah Xamenei də öz başsağlığında uzun illərin dostunun itirilməsini "çətin və ağrılı" adlandırıb.

Təcriş xəstəxanasında vəfat etdikdən sonra Haşimi Rəfsəncaninin cənazəi Camaran hüseyniyyəsinə gətirlib. İranın sabiq prezidenti Haşimi Rəfsəncaninin ölümü münasibətilə ölkə 3 gün matəm elan edib.

Qeyd edək ki, İranın sabiq prezidenti Haşimi Rəfsəncani  yanvarın 8-də ürəyində yaranmış problemlə bağlı Təcriş xəsətxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayraq, onun həyatını xilas etmək mümkün olmayıb.  (APA)