XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2017 - 01:24

Hilları Klinton bir daha seçkilərdəiştirak etməyəcək

klinton

ABŞ prezidentliyinə namizəd Hilları Klinton bir daha seçkilərdə iştirak etməyəcək.

Bunu sabiq dövlət katibinin nümayəndəsi Nira Tanden CNN telekanalına açıqlamasında bildirib.

“Düşünürəm ki o, insanlara, uşaqlara və sadə ailələrə yardım göstərməyə üstünlük verəcək. Hillari Klinton ömrü boyu məhz bununla məşğul olub. Güman etmirəm ki, o bundan sonra hər hansı seçkilərdə iştirak etsin”, deyə N.Tanden bildirib.

Bundan əvvəl “New York Daily News” qəzeti Hilları Klintonun Nyu-Yorkun meri postuna namizədliyini irəli sürəcəyi barədə məlumat verib. Məlumatlı mənbəyə istinad edən qəzetin yazdığına görə, şəxsi söhbət zamanı sabiq dövlət katibi Nyu-Yorkun meri postu uğrunda mübarizəyə qoşulacağını istisna etməyib.

 Qeyd edək ki, Nyu-York merinin seçkiləri noyabrın 7-də baş tutacaq.  (APA)