XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2017 - 11:16

Ədliyyə Nazirliyi:"10 yaşlı Nuraya zor tətbiq edilməsi ilə bağlı xidməti yoxlama başlayıb”

nuray

Ədliyyə Nazirliyi Quba rayon məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsi ilə bağlı xidməti yoxlamalara başlayıb.

Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, hazırda məsələ ilə bağlı yoxlamalar davam etdirilir: "Yaxın günlərdə yoxlamaların nəticələri yekunlaşacaq və ictimaiyyətə açıqlama veriləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan N.Bayramzadənin xalasından alınaraq atası Əvəz Bayramova verilməsi barədə məhkəmə qətnaməsinin icrası prosesində icra məmurlarının azyaşlıya zor tətbiq etməsi ilə bağlı videogörüntü yayılıb.