XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2017 - 13:28

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

hava

Bakı və Abşeron yarımadasında yanvarın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi  arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz  7-9° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman, çiskin, axşama doğru isə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.