XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Yanvar 2017 - 13:40

Türkiyə parlamentində prezident idarəçilik sisteminə keçmə ilə bağlı müzakirələr başlanıb

turk-meclis

Türkiyə parlamentində prezidentin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı konstitusiyaya düzəlişlərinə baxılır.

Bu düzəlişlərdə ölkənin prezident idarəçilik sisteminə keçməsi və prezidentdə geniş səlahiyyətlər verilməsi nəzərdə tutulur. Yeni düzəliş həmçinin Ərdogana daha 2 beşillik müddətə seçilmək imkanı yaradır.

Tənqidçilər hesab edir ki, Ərdogan və onun tərəfdarları hakimiyyəti öz əllərində cəmləşdirməyə çalışırlar. Amma hakim “Ədalət və İnkişaf” partiyası ittihamı rədd edir və Fransadakı sistemi buna misal göstərirlər.

Müzakirələrin 15 gün sürəcəyi gözlənilir. Düzəlişlərin keçməsi üçün 3/5 səs çoxluğu lazımdır. Əgər bu baş tutsa layihə ümummilli referenduma çıxarılacaq. Qeyd edək ki, müxalifətdə olan Miliyyətçi Hərəkət Partiyası (MHP) hakim partiyanın bu addımını dəstəkləyir.