XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Yanvar 2017 - 14:42

Akif Çovdarovun məhkəməsi təxirə salındı –Vəkillər prosesə gəlmədi

covdar

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə A.Çovdarovun vəkilləri – Kamandar Nəsibov, Sadiq Rəsulov və Şahin Rəfiyevin məhkəməyə gəlmədiyi elan olunub.

Hakim bildirib ki, təqsirləndirilən şəxsin vəkilləri məhkəmədə iştirak etmədiyi üçün iclas təxirə salınıb.

Günün ikinci yarısında keçirilən proses də təxirə salınıb.

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.

Günün ikinci yarısında keçiriləcək iclasda isə Bakı Metropolteninin keçmiş rəisi, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun ifadə verəcəyi gözlənilir.