XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2017 - 03:17

MKİ rəhbəri:"Tramp ölkəni təhlükəyə atır"

con-brenan

Donald Tramp ABŞ kəşfiyyatı haqqında verdiyi açıqlamalarla ölkəmizin sabitliyinə təhlükə yaradır.

Bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Brenan deyib.

“Yeni hökumət və onun rəhbəri dünyanın təhlükəli yer olduğunu anlamalıdır. Kəşfiyyat ölkənin mənafeyini qoruyub saxlamaq üçündür. Kəşfiyyat məlumatlarını ciddiyə almayan prezident ölkəmizi təhlükəyə ata bilər”, – MKİ rəhbəri bildirib.

Qeyd edək ki, Tramp Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı kəşfiyyat orqanlarının yaydığı məlumatı qeyri-ciddi adlandırmışdı.  (Axar.az)