Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Xəlif İbn Zeyd Əl Nahayyan xalqı yanvarın 10-u səhər çağı “yağış duası” etməyə çağırıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dualar ölkənin bütün məscidlərində səhər 7:30-da səslənməyə başlayacaq.
Yerli fermerlər yağışın olmamasına görə, məhsul əkməkdə ciddi çətinlik çəkdiklərini bildiriblər. Onlar bunun səbəbini qlobal istiləşmədə görürlər.