XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2017 - 15:18

Rəfsəncani dəfn olundu –İmam Xomeyni məqbərəsində

refsencani

İran İslam Respublikasının sabiq prezidenti, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani bu gün Tehran Universitetində cənazə namazı qılındıqdan sonra İmam Xomeyni məqbərəsində dəfn olunub.

Cənazə namazında İranın  Ali rəhbəri Ayətullah Seyid Əli Xameneyi də iştirak edib.

Dəfn mərasiminə qatılanlar arasında hökumət, ictimaiyyət nümayəndələri, ordu rəhbərləri, səfirlər, bir sıra ölkələrin rəsmiləri də olub.

Qeyd edək ki, İran İslam Respublikasının sabiq prezidenti, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani yanvarın 8-də 82 yaşında vəfat edib.

APA