XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

10 Yanvar 2017 - 18:44

Prezidentdən daha bir sərəncam –"İslam Həmrəyliyi İli” rəsmən olundu

ilham-eliyev-imzalama

Prezident İlham Əliyev 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli” elan edilməsi haqqında sərəncam verib.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə belə qərar verilib:

1. 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli” elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.