XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

10 Yanvar 2017 - 19:31

İkinci Dünya müharibəsinin başlanması barədə ilk xəbər verənjurnalist vəfat edib

2

İkinci Dünya müharibəsinin başlanması barədə ilk xəbər verən britaniyalı jurnalist Kleyr Hollinqvors vəfat edib.

Xanım jurnalist 106 yaşında dünyasını dəyişib.

K. Hollinqvors 1939-cu ildə Polşadan Almaniyaya səyahət edərkən Almaniya Silahlı  Qüvvələrinin iki ölkənin sərhədində toplaşdığı  barədə xəbəri yayıb. 

Jurnalistika ilə məşğul olmazdan əvvəl o, minlərlə insanın Hitler Almaniyasını tərk etməkdən ötrü Britaniya vizası almasına köməklik edib.  

1911-ci ildə doğulan K. Hollinqvors Vyetnam, Əlcəzair, Yaxın Şərq ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olub.  (APA)