XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2017 - 19:17

“Rusiya Gürcüstanda keçirilən seçkilərə müdaxilə edib” –Saakaşvili

saakasvili

Rusiya Gürcüstanda keçirilən seçkilərə müdaxilə edib.

Bunu CNN televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.

“Putin güclü şəkildə Gürcüstanda keçirilən seçkilərə təsir edib. O, həmçinin, Ukraynadakı seçkiyə də təsir etməyə cəhd göstərib. Əgər Baltikyanı ölkələrin liderlərindən soruşsanız, onlar da Rusiyanın müdaxilələrindən danışacaqlar.

2008-ci ildə bizə hərbi hücumdan öncə onlar Gürcüstan hökumətinin bütün kompüterlərinə kiberhücum həyata keçirdilər. Bu kiberhücum, şübhəsiz ki, hərbi fəaliyyətin bir hissəsi idi. Onlar hətta bir dəfə Gürcüstanda həbsxanada işgəncə görüntüləri yaydılar.

Sonradan bəlli oldu ki, bu görüntülər Rusiya kəşfiyyatı ilə əlaqəli olan şəxslər tərəfindən səhnələşdirilmişdi. Bu kadrlar alov kimi hər kəsə yayıldı və öz işini gördü. Onlar həmçinin bizim telefon danışıqlarımızı dinləyib, lazımi zamanlarda Rusiya veb-səhifələrinə yüklədilər. Mən Putini yaxşı tanıyıram. Onunla çox görüşüb, söhbət etmişəm. Putin həmişə Rusiya kəşfiyyat xidmətlərinin əməliyyatlarını detallarına qədər bilir. Heç kim ondan ən kiçik şeyi belə gizlətməyə cəhd edə bilməz”, – deyə Saakaşvili bildirib.

Axar.az