"Türkiyə ortaq təhlükəsizliyimiz üçün olduqca önəmlidir".
Bu sözləri Britaniya Xarici İşlər naziri Boris Conson deyib.
XİN rəhbəri qeyd edib ki, Türkiyənin küncə sıxmaq Avropa dövlətlərinin görəcəyi ən sonuncu işdir:
"Türkiyə hökumətinin və xalqının 15 iyul vəhşi hərbi çevriliş cəhdinin qurbanı olduğunun fərqinə varmaq lazımdır. AB-dəki bir çox ölkə rəhbərlərinin bunu görmək əvəzinə, rəsmi Ankaranın mövqeyi ilə bağlı onu sərt tənqid etməsi tamamilə yanlışdır”, – Conson bildirib.
Axar.az