Bu gün Vyanadakı "Koburg" otelində İran və "5+1" qrupu üzvləri arasında birgə komissiyanın altıncı iclası keçirilib.
Strateq.az xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələ İrana qarşı ABŞ Konqres tərəfindən yenilənən sanksiyalardır.
İran nümayəndə heyəti "5 +1" qrupunun üzvləri ilə (ABŞ, Rusiya, Çin və s.) ayrı-ayrılıqda danışıqlar aparır. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçı başçılıq edir.
M.Rzasoy