XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

11 Yanvar 2017 - 10:46

“Azərenerji”:"Qəzaya baxmayaraq, elektrik enerjisi istehsalında fasilə yaranmayıb"

az%c9%99renerji

Dünən axşam saatlarında Səngəçal magistral qaz kəmərində baş vermiş qəza ilə əlaqədar "Azərenerji" ASC-nin Mərkəzi Dispetçer İdarəsi operativ tədbirlər görüb, nəticədə elektrik enerjisi istehsalında fasilə yaranmayıb və dayanıqlıq təmin edilib.

Bu barədə "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirilib.

Onun sözlərinə görə, qaz təchizatında yaranan fasilə alternativ resurslardan istifadə zərurəti yaradıb: "Azərbaycan elektroenergetika sisteminin ən böyük generasiya gücünə malik stansiyası – Azərbaycan İES dərhal istehsal prosesində təbii qazdan mazut yanacağına keçib. İstehsal edilən elektrik enerjisinin 80%-i bu yanacaqdan alınıb".  (APA)