Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, akademik İbrahim Quliyevin sədrlik etdiyi tədbirdə AMEA-nın həqiqi üzvü və müxbir üzvlüyünə olan vakant yerlərə institutun iki əməkdaşının namizədliyi müzakirə olunub:Yeni
"Şura üzvləri “Neft-qaz geologiyası” ixtisası üzrə AMEA-nın müxbir üzvü Əkpər Feyzullayevin AMEA-nın həqiqi üzvlüyünə, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun AMEA-nın müxbir üzvlüyünə namizədlikləri irəli sürülüb".
Qeyd edək ki, vakansiya “Xalq qəzeti” qəzetinin 15 dekabr 2016-cı il tarixli nömrəsində elan olunub.
Strateq.az