Yanvarın 11-də Xəzər dənizinin Azərbaycana aid hissəsində 4,5 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azərtac-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 18:28-də Nardarandan 160 kilometr şərqdə, Xəzər dənizində qeydə alınıb. Ocağı 59 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.