XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

11 Yanvar 2017 - 23:47

Tillerson:“İranın mümkün təhdidlərinin qarşısı diplomatik üsullarla alınacaq”

tillerson

“İran tərəfindən mümkün təhdidlərin qarşısını almaq üçün bütün diplomatik üsullardan istifadə ediləcək. Bu, həm nüvə, həm də terror təşkilatlarına dəstək məsələsinə aiddir”.

Bunu ABŞ dövlət katibi postuna namizəd Reks Tillerson Senatda keçirilən dinləmələrdə bəyan edib.

“Bizim nüvə təhdidlərinə dair dürüst anlayışımız olmalıdır. Biz əmin olmalıyıq ki, İran tərəfindən gələn təhdidlərin qarşısını almaq üçün bütün imkanlardan istifadə edəcəyik.  Söhbət yalnız İranın nüvə proqramından deyil, dünya üzrə terror təşkilatlarına dəstəkdən də gedir”, deyə R.Tillerson bildirib.

Onun sözlərinə görə, buna ilk növbədə, diplomatik üsullarla nail olunmalıdır: “Rejimlərin devrilməsinə yox, onların davranışının dəyişilməsinə çalışmaq lazımdır”.   (APA)