XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2017 - 08:53

Moody’s:"Geosiyasi münaqişələr MDB ölkələrinin iqtisadiyyatında əsas çəkiyə malik olacaq"

Moodys

Geosiyasi münaqişələr MDB ölkələrinin iqtisadiyyatında əsas çəkiyə malik olacaq. Qərbin Şərqi Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin daha da artması buna təsir edən amillərdəndir.

Bu barədə “Moody’s” Beynəlxalq Reytinq Agentliyinin MDB üzrə açıqladığı hesabatında deyilir.

Sənəddə MDB-nin 9 ölkəsinin öz qonşuları ilə münaqişəli vəziyyətdə olduğu qeyd edilir:

“Yalnız Belarus və Qazaxıstanın qonşularla sərhəddə hər hansı bir problemi yoxdur”.  (Report)