XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2017 - 11:26

“Yoxlamaların olmamasından bəzi sahibkarlar sui-istifadə etməyə çalışır” –Ekspetdən xəbərdarlıq

azer-serdarov

Xidmət obyektlərində və eləcə də mağazalarda vergi yoxlmaları istisna olunmaqla digər yoxlamaların 2 il müddətinə qadağan edilməsi Azərbaycan Prezidenti tərəfindən iş adamlarının fəaliyyətinə böyük dəstək olsa da, təəəsüf ki, sahibkarla bundan sui-istifadə etməyə çalışırlar. 

Bu haqda Strateq.az-a  “İstehlakçıların maarifləndirilməsi, hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov bildirib.

Onun sözlərinə görə, monitorinqlər göstərir ki, son dövrlər mağazalarda vaxti keçmiş malların sayının artması müşahidə edilir:

"Yoxlamaların olmamasından bəzi sahibkarlar sui-istifadə etməyə çalışırlar. Buna görə də, istehlakçılar məhsul alan zaman diqqətli olmalısı vacibdir. Ərzaq məhsulları alan zaman həmin məhsulunun istifadə vaxtına diqqət yetirmək lazımdır". 

Azər Sərdarovun fikrincə, istehlakçı nəzarəti vaxtı keçmiş, köhnə malların satışının azaldılmasına gətirib çıxara bilər.