XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

26 Mart 2015 - 06:13

NATO: “Gözlənilməzliklərə hazır olmalıyıq”

“Təhlükəsizlik mühitimiz kəskin şəkildə dəyişilib”

NATO başçısı Yens Stoltenberq bildirib ki, Ukraynanın şərqindəki münaqişələr AB-nin güney sərhədindəki problemlər kimi, yaxın aylarda həll olunmayacaq.

Rosbalt.ru yazır ki, baş katib Vaşinqtonda NATO-nun transformasiyası üzrə illik konfransda deyib: “ötən il Krımın Rusiyaya birləşdirilməsi, onun Ukraynadakı təcavüzkar fəaliyyəti və Quzey Afrikada, Yaxın Şərqdə barışmaz ekstremizmin səviyyəsinin artması təhlükəsizlik mühitimizi kəskin şəkildə dəyişdirib. Bu problemlər yaxın vaxtda aradan qalxmayacaq. Beləliklə, gözlənilməzliklərə hazır olmalıyıq. Həm də işimizi uzun illər ərzində davam etdirməyə hazırıq”.

Onun sözlərinə görə, alyansın ən güclü tərəflərindən biri “uyğunlaşma qabiliyyəti”dir.

O, həmçinin Rusiyada keçirilən hərbi təlimlərə görə, narahatlığlını bildirib: “Rusiya hərbi sahəyə xeyli yatırım qoyur, son dərəcə çox hərbi təlimlər keçirdir və qüvvəni təkcə manevrlər üçün deyil, həm də sərhədləri dəyişmək və başqa ölkələrin bir hissəsini ilhaq etmək üçün istifadə edir”.

Stoltenberqin dediyinə görə, NATO buna cavab olaraq sürətli reaksiya qüvələrini artırır, Şərqi Avropanın altı ölkəsində alyansın bölmələrini yaradır, həmçinin hərbçilərin sayını çoxaldır.