XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2017 - 16:10

Xəzərdə “Zərifə Əliyeva” adına yük gəmisində yanğın başlanıb –FHN-dən açıqlama

zerife eli

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Akademik Zərifə Əliyeva” adına yük gəmisinin maşın bölməsində yanğın olması barədə məlumat daxil olub.

 FHN-in saytının verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-7” gəmisi və Aviasiya dəstəsinin 1 helikopteri dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

 Əlavə məlumat veriləcək.