XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2017 - 20:39

Ərdoğanın mühafizəsinin sabiq rəisi saxlanılıb –FETÖ ittihamı

isid-turk-hebs

Antalya polisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəsinin sabiq rəisi Maqsud Karalı saxlayıb.

Trend-in "CNN Türk" telekanalına istinadən verdiyi məlumata görə, o, dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatı ilə əlaqədə olmaqda şübhəli bilinir.

M.Karal ötən ilin dekabrında qanunsuz qızıl hasilatı ilə bağlı saxlanılsa da, sonradan sərbəst buraxılmışdı.