XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2017 - 21:22

Nazir Ramil Usubov:“Vətəndaş hüquqlarını pozduqlarına görə 1579 əməkdaş cəzalandırılıb”

ramil-usubov

Təkcə son 5 ildə vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1579 əməkdaş cəzalandırılıb, o cümlədən 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 134 nəfər tutduğu vəzifədən azad olunub, 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu nazir Ramil Usubov Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakla görüşündə deyib.