XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 January 2017 - 01:00

“Biz Azərbaycan ilə münasibətləri inkişaf etdiririk” –Mariya Zaxarova

Zaxarova 72

"2017-ci ildə iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edəcək".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 12-də keçirdiyi brifinqdə Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri barədə suala cavabında bildirib.

M.Zaxarova deyib: “Biz Azərbaycan ilə münasibətləri inkişaf etdiririk. Rusiyanın xarici siyasətini müəyyən edən bütün müvafiq istiqamətləndirici sənədlərdən göründüyü kimi, Azərbaycan ilə ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edəcək. Biz ötən il siyasi, iqtisadi, humanitar sahələrdə bir çox məsələlərin həllini nəzərdə tutmuşuq və onlar bu il öz həllini tapacaqdır”.

Axar.az