Dərginin İŞİD-lə sıx əlaqədə olması ehtimal olunur
Dünən axşam İstanbulda dərgi redaksiyasında partlayış olub.
“Doğan”agentlyi xəbər verir ki, nəticədə nəşrin bir əməkdaşı həlak olub, üçü yaralanıb. Partlayış saat 19.45-də Şişli bölgəsində yerləşən binanın üçüncü qatında baş verib.
Hüquq-mühafizə orqanları qaz sızması versiyasını dərhal istisna ediblər. Müstəntiqlər ehtimal edirlər ki, redaksiyada partladıcı qurğu işə düşüb.
“Dogan”ın məlumatına görə, “Adimlar” dərgisi radikal türk-islamçı “Böyük Şərqin fatehləri cəbhəsi” təşkilatı ilə bağlıdır. Dərgi əməkdaşlarının islamçılarla, həmçinin İŞİD-lə sıx əlaqədə olması ehtimal da var. Dərgi son sayında PKK-nı kəskin şəkildə tənqid edibmiş.