XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

13 Yanvar 2017 - 10:13

“ABŞ-ın kiberhücumlara birinci başladığını iddia etmək düzgün deyil” –Ağ Evdən açıqlama

ABŞ

"Rusiya ilə münasibətlərdə kiberhücumları ilk olaraq ABŞ  həyata keçirməyib".

Bunu ABŞ administrasiyasının mətbuat katibi Con Ernest bildirib.

“Ümumilikdə, 2016-cı il seçkiləri kontekstində Rusiyanın hərəkətlərindən danışarkən, ABŞ-ın kiberhücumlara birinci başladığını iddia etmək düzgün olmazdı”, – deyə Ernest qeyd edib.

Onun sözlərinə görə, ABŞ başqa ölkələrlə müqayisədə ən güclü kiber imkanlara malikdir.  

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Bayden bundan əvvəl   Rusiyanın seçkilərə müdaxilə etməsinə cavab veriləcəyini bildiriblər. Onların sözlərinə görə, cavab tədbirlərinin bir hissəsi məxfi saxlanılacaq.

Xatırladaq ki, yanvarın 6-da ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın ölkədəki seçkilərə müdaxilə etməsinə dair hesabat yayıblar.    

Rusiya ittihamları əsassız adlandıraraq rədd edir.  

APA