XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

13 Yanvar 2017 - 11:57

Nazirlikdən 5 saylı şəhər Klinik Xəstəxanasındakı ölüm hadisəsi ilə bağlı –Açıqlama

sehiyye-nazirliyi

Səhiyyə Nazirliyi 5 saylı şəhər Klinik Xəstəxanasında əməliyyat zamanı baş verən ölüm hadisəsi ilə bağlı açıqlama verib. 

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, yanvarın 12-də 31 yaşlı Vüsalə Məmmədova 5 saylı şəhər Klinik Xəstəxanasında əməliyyat vaxtı dünyasını dəyişib.

Onun sözlərinə görə, ölümə ilkin səbəb olaraq tromboemboliya göstərilir: 

"Hazırda ölümün səbəbləri araşdırılır. Hadisə ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır və xəstənin nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekspert müayinəsindən keçirilir. Ölümün səbəbləri ekspert rəyindən və prokurorluğun araşdırmasından sonra məlum olacaq və ictimaiyyətə açıqlanacaq".

APA