XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 January 2017 - 12:45

Aşqarlar Kimyası İnstitutunda yeni növ sürtkü yağları yaradılıb –Rəsmi

AMEA

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda institutun rəhbərliyi ilə AMEA-nın Təcrübə-Sənaye Zavodunun nümayəndələri arasında görüş keçirilib.

İnstitutdan Strateq.az-a verilən məlumata görə, görüşdə istehsalı nəzərdə tutulan yeni yaradılmış sürtkü yağlarının və sürtkülərin institut tərəfindən keçirilmiş sınaq nəticələri müzakirə olunub, həmçinin gələcəkdə planlaşdırılan birgə işlər barədə fikir mübadiləsi aparılıb.

Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev çıxış edərək Təcrübə-Sənaye Zavodu ilə əməkdaşlığın bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, iki qurum bir müddətdir respublikanın sürtkü materiallarına olan təlabatının ödənilməsi istiqamətində əməkdaşlıq edir.