XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

13 Yanvar 2017 - 13:10

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

hava yagis

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 14-də hava şəraitininəsasən yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarına yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta,  gündüz 1-6 dərəcə isti olacaq.

Yanvarın 14-16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.