XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 Yanvar 2017 - 16:27

Kamal Abdulla:“Xaricdə tədris olunan Azərbaycan multikulturalizmi fənninin böyük nəticələrini görürük”

multi

"Xarici ölkələrin universitetlərində tədris olunan Azərbaycan multikulturalizmi fənninin çox böyük nəticələrini görürük. Bu fənni öyrənən gənclər öz ölkələrində Azərbaycan haqqındakı ədalətsizliklərə cavab verməyə hazır olan qüvvələrdir".

Bunu millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla deyib. 
 
Dövlət müşaviri bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 15 xarici ölkədə, 36 universitetdə “Azərbaycan multikulturalizmi” adlı fənnin tədrisini həyata keçirib: "Son yay məktəbində xarici universitet gəncləri Azərbaycanın gənc dostları klubunu yaratdılar. Bu rəsmi klubun artıq 200-ə yaxın üzvü var. Ən vacibi odur ki, Azərbaycana qarşı hər hansı ədalətsiz hücum olursa, Azərbaycanı ürəkdən sevən bu gənclər haqsızlığa cavab verirlər. Azərbaycan prezidentinin göstərdiyi konkret siyasi-ideoloji hədəfin çox vacib bir nəticəsi də budur”.  (APA)