XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

13 Yanvar 2017 - 23:05

Rusiya, Türkiyə və İran diplomatları Suriyadakı vəziyyəti müzakirə ediblər –Moskvada

suriya

Bu gün Moskvada Rusiya, Türkiyə və İran diplomatları Astanada keçiriləcək Suriya üzrə görüş ilə bağlı məsləhətləşmələr keçiriblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

“Danışıqlarda Astanada keçiriləcək Suriya ilə bağlı görüşün təşkilati  məsələləri diqqət mərkəzində olub”, – məlumatda deyilir.

Məsləhətləşmələr xarici işlər naziri müavinləri səviyyəsində baş tutub. Toplantının açılışında Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

Qeyd edək ki, Astanada keçiriləcək görüş 23 yanvar tarixinə nəzərdə tutulub.

APA